“Liverpul” cari mövsümün sonunda hücumçusu Mario Balotelli ilə yollarını ayırmaq niyyətindədi.
Korner.az-ın məlumatına görə, buna səbəb futbolçunun mövüm əvvəlində ona bəslənilən ümidləri doğrultmamasıdır.
Belə ki, “Liverpul”da 25 rəsmi oyuna çıxan italiyalı forvard cəmi 4 qol vurub.
Qeyd edək ki, ötən yay 20 milyon avro qarşılığında “Milan”dan transfer edilən 25 yaşlı futbolçu ABŞ-ın “Orlando Siti” klubundan təklif alıb.
