Fransanın “Nitsa” klubuna transfer olan Mario Balotelli “Liverpul”dan ayrılması barədə danışıb.
Korner.az-ın məlumatına görə, italiyalı açıqlamasında Yürgen Kloppla onu tanıyacaq qədər zaman keçirmədiyini bildirib:
“Yurgen Klopp məni tanımır? Heç mən də onu tanımıram. “Liverpul”a qayıdıb onunla söhbət etdim. Klopp mənə dedi ki, komandada qala bilərəm, amma mən əsas heyət üzvü olmayacam. Mən də “sağ ol, xudahafiz” deyib, ayrıldım”.
