İtaliya millisinin və "Mançester Siti"nin futbolçusu Mario Balotelli ata olub.
Korner.az-ın məlumatına görə, qalmaqallı hücumçunun keçmiş rəfiqəsi Raffaella Fika qız övladı dünyaya gətirib.
Uşağı Pia adlandırıblar və anasının soyadına sənədləşdiriblər. Cütlük bir neçə aydır görüşməsə də, Balotelli körpənin bütün xərclərini öz üzərinə götürməyə söz verib. O, Breşiya şəhəri yaxınlığında Raffaella üçün villa da alıb.
