İtaliya
nəhəngi “Milan”ın futbolçusu Balotelli bu gündən etibarən özünü pis vərdişlərdən,
o cümlədən qeyri-etik hərəkətlərdən uzaq duracağını bəyan edib.
Korner.az-ın məlumatına görə, İtaliya milisinin qol silahı olan Mario, yersiz hərəkətlər
etdiyini açıq şəkildə ifadə edib. O
bildirib ki, bundan sonra daha diqqətli olacaq: “Etdiyim səhvlərin fərqindəyəm
və bunu qəbul etməkdən çəkinmirəm. Bundan sonra hərəkətlərimə görə yaşıl
meydanlarda problem yaşayacağımı düşünmürəm”.
