Almaniya Bundesliqasında 2-ci turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası – “Ayntraxt” da növbəti oyununa çıxıb.
Frankfurt təmsilçisi doğma meydanda “Auqsburq”la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Emilin adı bu oyunun iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, “Ayntraxt” hazırda 1 xalla 12-ci pillədə qərarlaşıb.
