Balayevli “Tobol”uduzdu, “Astana” çempion oldu
03.11.2019 , 18:08

Qazaxıstan çempionatında 32-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin çıxış etdiyi “Tobol” lider “Astana” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Qələbə sayəsində “Astana” sona bir tur qalmış çempion olub.
Emil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Tobol” hazırda 60 xalla 12 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.
