Balayevli “Tobol”dan qələbə
22.09.2019 , 21:41

Qazaxıstan çempionatında 27-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin çıxış etdiyi “Tobol” səfərdə “Şaxtyor”la qarşılaşıb. Emilin komandası bu görüşdən qalib ayrılıb – 1:0
Emil bu görüşdə start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Tobol” hazırda 58 xalla 12 kollektiv arasında 1-ci pillədə qərarlaşıb.
