Balayev üçün erməni baş məşqçi
15.12.2019 , 12:09

Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi Qazaxıstanın “Tobol” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, Kostanay təmsilçisini erməni Qriqori Babayan çalışdıracaq.Onunla imzalanan müqavilənin detalları haqda məlumat verilməyib.
Babayan 2013-2018-ci illərdə “Astana”da köməkçi məşqçi işləyib.
