Balayev şəxsi rekordunu yenilədi
29.09.2019 , 13:51

Qazaxıstanın “Tobol” klubunda çıxış edən Azərbaycan millisinin qapıçısı Emil Balayev şəxsi rekordunu yeniləyib.
Korner.az xəbər verir ki, qolkiper Premyer Liqanın 28-ci turunda “Jetisu” ilə keçirilən matçda (0:0) qapısını toxunulmaz saxlayıb. Emil, cari mövsüm özünə məxsus olan 683 dəqiqəlik rekordu yeniləyib.
Qazaxıstan çempionatları tarixinin rekordu isə Sergey Boyçenkoya məxsusdur. “Kayrat”ın sabiq qapıçısı 2005/06 mövsümündə 921 dəqiqə qol buraxmayıb.
