Balayev rəsmən “Neftçi”də!
28.06.2023 , 19:03

“Neftçi” mövsümlərarası fasilədə ilk transferini həyata keçirib.
Korner.az xəbər verir ki, “ağ-qaralar” “Səbail”dən ayrılan Emil Balayevi heyətinə qatıb.
Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
