Balayev rəmzi komandada
05.11.2019 , 16:57

Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstanda növbəti dəfə fərqlənib.
Korner.az xəbər verir ki, “Tobol”un formasını geyinən qolkiper növbəti turun yaxşı “11-lik”də yer alıb.
Kostanay klubu son tur evdə hazırkı çempion “Astana”ya məğlub (0:1) olsa da, Balayev komandasını bir neçə epizodda real qoldan xilas edib. Bu klubdan rəmzi heyətə yalnız Balayev düşüb.
