Balayev Qazaxıstanda qala bilər
05.02.2020 , 14:30

Bir müddət əvvəl “Tobol”la yollarını ayıran və hazırda azad agent statusu daşıyan Emil Balayev karyerasını Qazaxıstanda davam etdirə bilər.
Korner.az “vesti.kz” saytına istinadən xəbər verir ki, qapıçı ilə “Kaysar” klubu yaxından maraqlanır.
Yeni mövsümdə Avropa Liqasında mübarizə aparacaq “Kaysar”ın qapıçı mövqeyini Emillə gücləndirmək istədiyi bildirilir.
