Balayev mövsümün ən yaxşıları sırasında
12.11.2019 , 19:05

Qazaxıstan Premyer Liqasında başa çatan mövsümün ən yaxşıları müəyyənləşib.
Korner.az xəbər verir ki, “Tobol”da çıxış edən millimizin üzvü Emil Balayev mövsümün ən yaxşı 3-cü qapıçısı seçilib.
O, kapitanlar və baş məşqçilər arasında aparılan səsvermədə 3-cü yeri tutub. Emil Nenad Eriç (“Astana”) və Dmitri Nepoqodovdan (“Ordabası”) geri qalıb
