Balayev ən yaxşılar arasında
24.09.2019 , 16:59

Azərbaycan millisinin və “Tobol”un qapıçısı Emil Balayev Qazaxıstan çempionatının 27-ci turunda “Şaxtyor”la keçirilən (1:0) görüşün ən yaxşı futbolçuları arasında yer alıb.
Korner.az xəbər verir ki, Balayev bu görüşdə 4 qurtarış edib və bir dəfə komandasını real qoldan xilas edib.
“Tobol”un heyətində ən yaxşı oyunçu isə müdafiəçi Fernander Kassay seçilib.
