Balayev ən yaxşı seçildi
15.08.2019 , 16:36

Azərbaycan millisinin və “Tobol”un qapıçısı Emil Balayev “İrtış”la keçirilən görüşün ən yaxşı futbolçusu seçilib.
Korner.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper “Instat”ın təhlilinə əsasən, oyunun ən yaxşısı adına layiq görülüb. Onun indeks balı 274 olub.
