“Bakusport.az” fəaliyyətə başladı
27.07.2020 , 16:58

Ölkəmizdə idman jurnalistikası böyük inkişaf mərhələsi keçib və hazırda çoxlu sayda kütləvi informasiya vasitələri insanları xəbərlərlə təmin edir. Yeni informasiya vasitələrindən biri də “Bakusport.az” saytıdır.
“BakuSport.az” saytında xarici yarışlarla yanaşı əsas diqqət ölkə idmanına yönəldiləcək. Futbol, basketbol, tennis, voleybol, güləş,habelə Formula 1, şahmat, gimnastika, karate, cüdo və daha neçə növə dair beynəlxalq və yerli xəbərlər sizə çatdırılacaq. Onu da əlavə etməliyik ki, zaman-zaman “Bakusport.az”da eksklüziv müsahibələr də yer alacaq.
“Bakusport.az” idmanla bağlı bütün dövlət qurumları və ictimai təşkilatlar, klublar, federasiyalarla işbirliyinə açıqdır.
