Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Korner.az-ın məlumatına görə, 111 iştirakçının mübarizə apardığı yarışda Raul Muxtarov, Leyla Budaqova, Alperen Kanlı, Nərmin Nəsibova, Mətin Mürsəlli və Səbinə Rzalı 8, 10 və 12 yaşlılar arasında 1-ci yeri tutub.
Bakı Kristal Zalında təşkil olunan turnirin qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim olunub.
