Yeniyetmə futbolçular arasında “Baku Cup -2017” turnirinə yekun vurulub.
Qaliblərinin mükafatlandırılma mərasimində çıxış edən “Vətən” futbol məktəbinin direktoru Mustafa Həsənov turnir iştirakçılarına xoş arzularını çatdırıb. Sonra söz AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadəyə verilib. O, sözügedən turnirin futbolun kütləviləşməsində olan mühüm rolundan danışaraq, qalibləri təbrik edib.
Sonra qaliblər – “Əlincə” və”Neftçi” İK-yə mükafatlar təqdim edilib. Ardından müxtəlif nominasiyalar üzrə turnirin ən yaxşıları seçilmiş futbolçular mükafatlandırılıb. .
Tədbirin sonunda qalib “Vətən”ə medallar və çempionluq kuboku təqdim edilib.
