Premyer Liqanın 19-cu turu çərçivəsində "Bakı" "Sumqayıt"la qarşılaşdı və 1:1-lik heç-heçə edərək vacib iki xal itirdi.
Paytaxt klubunun yeni transferi, "Sumqayıt"la oyunda komandasını məğlubiyyətdən xilas edən Marius Pena qarşılaşmadan sonra oyunla bağlı fikirlərini Korner.az-a açıqlayıb:
"Çətin oyun oldu. Biz qələbə qazanmaq istəyirdik. Amma bu alınmadı. Vacib iki xal itirdik. Bizim hələ "altılıq"a düşmək üçün qabaqda 4 oyunumuz var. "Sumqayıt"la oyunda daha bir qol vurmaq lazım idi. Biz də bunu bacarmadıq".