“Bakı”nın sabiq futbolçusu Mindauqas Kalonasın yeni komandası müəyyənləşib.
Korner.az-ın məlumatına görə, litvalı futbolçu karyerasını Latviyada davam etdirəcək.
31 yaşlı futbolçu “Skonto” ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 2013/2014 mövsümündə “Bakı”da çıxış edən Kalonas keçirdiyi 13 oyunda 5 qol vurub.
