Cari mövsümün hazırlıqlarına başlayan və 12 gün ərzində paytaxtda hazırlıq keçən "Bakı" dünən Sloveniyaya yollanıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk mərhələni yekunlaşdıran "zolaqlılar" ikinci mərhələdə Balkan ölkəsində hazırlıq keçəcək.
Komanda Bakı-Vyana-Lyublyana reysi ilə öncə Sloveniyanın paytaxtı Lyublanaya, oradan isə avtobusla toplanış keçəcəyi Moravska şəhərinə yollanıb. "Bakı" 5 ulduzlu "Levada Prestij"də məskunlaşıb.
Zolaqlılar Moravskada 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Komandanın rəqibləri Sloveniya, Avstriya və Polşa klubları olacaq. Bu barədə "Mura-05" (Sloveniya), "Şturm" (Avstriya), "Legia" (Polşa) klubları ilə razılıq əldə olunub.
