Avropa Liqasının birinci təsnifat mərhələsində "Mura" ilə qaolsuz heç-heçə edən (0:0) "Bakı" cavab qarşılaşmasının hazırlıqlarını davam etdirir. Korner.az-ın məlumatına görə, paytaxt klubunun cavab görüşüş üçün Sloveniyaya yollanacağı tarixdə müəyyənləşib. “Zolaqlılar” iyulun 10-u səhər saat 11:00-da vətəni tərk edəcək. “Bakı” Sloveniyaya çarter reysi ilə yollanacaq. Baş məşqçi Novruz Əzimov səfərə 20 futbolçu aparacaq.
