Milli komandaların 2014-cü il dünya çempionatının seçmə oyunları ilə bağlı Topaz Premyer Liqasında yaranan fasilədən yararlanmaq niyyətində olan "Bakı" yoxlama oyunu keçirəcək.
Korner.az-ın məlumatına görə, “zolaqlılar” martın 23-də çempionatın autsayderi "Kəpəz"lə qüvvəsini sınayacaq.
Qarşılaşma "Bakı"nın təlim-məşq bazasının ehtiyat meydançasında keçiriləcək. Görüş saat 15:00-da başlanacaq.
