"Bakı"nın sabiq qapıçısı Marko Şarliya özünə yeni iş yeri tapıb. Korner.az-ın məlumatına görə, paytaxt təmsilçisinin sabiq üzvü karyerasını Kiprdə davam etdirəcək.
Ardıcıl 4 il "Bakı"nın formasını geyinən 30 yaşlı əlcək sahibi Kiprin “Olimpiakos” klubuna keçib. Xorvatoiyalı qolkiper ölkəmizdə oynadığı müddətdə 1 dəfə Azərbaycan çempionu olub, 2 dəfə kuboku qazanıb.
