"Bakı"nın sabiq hücumçusu, "Koke" ləqəbli Serjio Kontreras Pardo ölkəsinin birinci divizionunda mübarizə aparan "Herkules"ə keçir.
Korner.az-ın məlumatına görə, sözügedən xəbəri İspaniya mətbuatı yayıb.
Xəbərdə bildirilir ki, paytaxt klubunun sabiq forvardı yeni klubu ilə ortaq məxrəcə gəlib və yaxın günlərdə bu rəsmi şəkildə bəyan olunacaq.
Xatırladaq ki, "Herkules"in heyətində Mario Kamoranessi, David Trezege kimi ulduz futbolçular çıxış edib.
Qeyd edək ki, "Bakı"ya 2012-ci lin yanvar ayında transfer olunan ispan futbolçu ilə 6 aylıq müqavilə bağlanmışdı. Bundan sonra özünü göstərə bilməyən Koke ilə mayda yollar ayrılmışdı.
