“Bakı”nın sabiq futbolçusu Yure Travnerin yeni klubu bəlli olub.
Korner.az-ın məlumatına görə, sloveniyalı futbolçu İngiltərənin “Ridinq” klubu ilə müqavilə imzalayacaq.
29 yaşlı müdafiəçi mövsüm sonunadək “Ridinq”in formasını geyəcək.
Qeyd edək ki, Travner 2013-2014-cü illərdə “Bakı”da çıxış edib.
