“Bakı”nın sabiq baş məşqçisi “Konyaspor”da
11.02.2020 , 19:50

Türkiyənin “Konyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Bülent Korkmaz çalışdıracaq.
Mütəxəssislə 1,5 illik razılıq əldə olunub. Bülent Korkmaz bu postda Aykut Kocamanı əvəz edib.
Son olaraq “Antalyaspor”un baş məşqçisi olmuş Korkmaz, “Qalatasaray”, “Mersin İdmanyurdu”, “Kayseri Erciyesspor”, “İstanbul BB”, “Karabükspor” klublarında da çalışıb. O, 2009/10 mövsümündə “Bakı”da da baş məşqçi kimi fəaliyyət göstərib.
