Avropa Liqasında "Bakı"ya rəqib olan Sloveniyanın "Muro" klubu 1924-cü ildə yaradılıb.
Korner.az-ın məlumatına görə, komanda Murska Sobota şəhərini təmsil edir.
Ev oyunlarını "Fazanerija" stadionunda keçirən "Mura" meydana əsasən "ağ-qara" formasında çıxır. Stadionları isə 3,782 min tamaşaçı tutumuna malikdir.
Klubun sahibi Miroslav Topiç, baş məşqçisi isə Ante Simundzadır. Komanda tarixi ərzində 3 dəfə Sloveniya çempionatının gümüş medalçısı, Sloveniya kuboku və superkubokunun qalibi olub.
Qeyd edək ki, Sloveniya təmsilçiləri mövsümü 3 – sü sırada bitiriblər.
