2020-ci ildə keçiriləcək Avropa Çmpionatında bir
ölkə namizədliyini geri çəkib.
Korner.az-ın məlumatına görə, səbəb Finlandiyanın ən böyük idman arenası,
Helsinkidəki Olimpiya stadionunun UEFA tələblərinə cavab verməməsi olub.
Xatırladaq ki, UEFA İcraiyyə komitəsi Bakını
AÇ-2020-nin oyunların keçirməyə namizəd qismində təsdiqləyib. Ümumilikdə, 38
şəhər iddiaçı qismində çıxış edir:
Bakı (Azərbaycan), İrəvan (Ermənistan), Minsk
(Belarus), Brüssel (Beçika), Sofiya (Bolqarıstan), Zaqreb (Xorvatiya), Praqa
(Çexiya), Kopenhagen (Danimarka), London (İngiltərə), Lion (Fransa), Skopye
(Makedoniya), Münhen (Almaniya), Afina (Yunanıstan), Budapeşt (Macarıstan),
Yerusəlim (İsrail), Roma və Milan (hər ikisi İtaliya), Astana (Qazaxıstan),
Amsterdam (Niderland), Varşava и Xojuv (hər ikisi Polşa), Lissabon və Portu
(hər ikisi Portuqaliya), Dublin (İrlandiya), Buxarest (Rumıniya),
Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Belqrad (Serbiya), Madrid,
Barselona, Bilbao, Valensiya (hamısı İspaniya), Solna (İsveç), Bazel (İsveçrə),
İstanbul (Türkiyə), Kiyev və Donetsk (hər ikisi Ukrayna) и Kardiff (Uels).
Əlavə edək ki, 2020-ci ildə ən nüfuzlu qitə
yarışının 60 illiyi şərəfinə AÇ 13 müxtəlif ölkədə keçiriləcək. Yarışın ev
sahiblərini 2014-cü ilin sentyabr ayının 25-də elan edəcəklər.
azerisport.az
