Sloveniyada təlim-məşq toplanışında olan "Bakı"nın yoxlama oyunu keçirəcəyi rəqiblərindən daha biri müəyyənləşib.
Korner.az-ın məlumatına görə, "zolaqlılar" Rumıniyanın "Braşov" klubu ilə qarşılaşacaq.
Bu barədə Rumıniya mətbuatı məlumat yayıb. Ancaq matçın keçiriləcəyi tarix açıqlanmayıb.
Qeyd edək ki, "Bakı" Sloveniya toplanışı çərçivəsində 3, ya 4 yoxlama oyunu keçirməyi planlaşdırır.
