Sloveniyada 10 günlük təlim-məşq toplantısı keçirən "Bakı" cümə günü yoxlama oyununa çıxacaq. Korner.az-ın məlumatına görə, "zolaqlılar"ın rəqibi Ukraynanın "Tavriya" (Simferopol) klubu olmalı idi, amma son anda dəyişiklik baş verib. Son məlumatlara əsasən, "Bakı" Xorvatiya yüksək liqa təmsilçisi "NK Osiek"lə qarşılaşacaq.
Qeyd edək ki, "NK Osiek" son çempionatı 8-cı pillədə başa vurub.
Oyun Bakı vaxtı ilə saat 21-də başlanacaq və klub televiziyası vasitəsilə canlı yayımlanacaq.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)