Topaz Premyer Liqasının 20-ci turunun “Bakı” – AZAL qarşılaşmasınında ev sahibi komandanın vurduğu birinci qol avtoqol kimi qeydə alınıb.
Korner.az-ın məlumatına görə, vurulan qolun müəllifi kimi Aqil Nəbiyev göstərilmişdir. Lakin oyunun videoyazısına təkrar baxıldıqdan sonra qolun AZAL-ın 2 №-li oyunçusu Juan Fransisko tərəfindən vurulduğu müəyyən olunmuşdur. Bununla bağlı oyun protokoluna müvafiq dəyişiklik edilmişdir.
Qeyd edək ki, görüşü sabiq FİFA hakimi Vüsal Əliyev idarə edib.