Premyer Liqada yaranan fasilədən istifadə edən “Bakı”, daha bir yoxlama matçı keçirəcək.
Korner.az-ın məlumatına görə, “zolaqlılar” “Bakılı” klubunu sınağa çəkəcək.
Artıq sözügedən oyunun vaxtı açıqlanıb. Belə ki, paytaxt klublarının dueli sabah baş tutacaq. Qarşılaşma saat 11:00-da başlanacaq. Matç “Bakı”nın təlim-məşq bazasınının stadionunda təşkil olunacaq.
