“Bakı”nın sloveniyalı futbolçusu Yure Travner İngiltərənin “Reading ” klubunda baxışdadı.
Korner.az-ın məlumatına görə, müdafiəçi artıq bir neçə həftədir ki, İngiltərə klubunun heyətində məşq edir. “Reading”in baş məşqçisi Edkins Travner barədə klubun saytına danışıb:
“Yure bizimlə birgə məşq edir və hətta bir neçə yoxlama oyununda da iştirak edib. Amma o, müqavilə imzalaya bilmir. Bunun səbəbini bilmirəm. Vəziyyətin dəyişəcəyini də dəqiq söyləməyim mümkün deyil. Amma o, son dövrlər diqqətçəkən dərəcədək artırıb”.
