Madriddə təlim-məşq toplantısı keçirən "Bakı"nın U-14 komandası bü gün "Atletiko"nun bazasında ilk məşqinə çıxıb.
Korner.az-ın məlumatına görə, Yerli məqşçilərin nəzarəti altında keçən məşq, əsasən, tanışlıq xarakteri daşıyıb.
U-14 komandamızla birgə Madridə yollanan məşqçilər heyyətinin üzvləri isə "Atletiko"nun məşqini izləyiblər. "Bakı" futbol akademiyasının baş koordinatoru Yüksəl Kepoğlu Arda Turanla görüşərək, ona Azərbaycan futbolsevərləri adınan salamlarını çatdırırb.
Bu axşam U-14 tam heyyətlə Madriddə təlim keçən U-15 komandamızın üzvlərinin yer aldığı məşqi seyr edəcəklər. Sabah isə U-14 "Atletiko"lu həmyaşıdları ilə yoldaşlıq oyununa çıxacaq.
