Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Korner.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, İK Azərbaycan kubokunun 1/4 finalında və Premyer Liqanın 26-cı turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.
Azərbaycan kubokunun 1/4 final AZAL – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Azərbaycan kubokunun 1/4 final “Simurq” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının XXVI turunun “Bakı” – “Simurq” matçında “Bakı” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun fasiləsi zamanı “Bakı” klubunun məşqçisi Muarem Zekir hakimlər briqadasına qarşı fiziki təsir göstərdiyinə görə 20 oyun stadiona girişinə qadağa qoyulub, klub 20 000 manat cərimə olunub.
