“Bakı”nın sabiq futbolçusu Maris Verpakovskis dünən Latviya millisinin heyətində Yunanıstana qarşı oyuna çıxıb və bu onun millidə 100-cü oyunu olub.
Korner.az-ın məlumatına görə, təcrübəli hücumçu bu uğura nail olduğu üçün xoşbəxt olduğunu qeyd edib.
Verpakovskis milli komandada ilk matçını da 1999-cu ildə məhz Yunanıstan millisinə qarşı keçirib.