“İnter” PİK-in Uşaq Gənclər Futbol Məktəbində yeni mövsümdən deyişikliklər olacaq.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bundan sonra komandanın uşaq yaş qruplarında məşqçi rotasiyaları aparılacaq.
Yəni komandanın uşaq və gənc komandaları ilə bir yox bir neçə məşqçi məşğul olacaq ki, bu da gənc futbolçuların hər tərəfli inkişafı üçün nəzərdə tutulub.
