“İnter” Premyer Liqada yaranan fasilədən səmərəli istifadə etmək istəyir.
Korner.az-ın məlumatına görə, klub bu səbəbdən bu gün Gürcüstana yola düşəcək və orada təlim-məşq toplanışı keçirəcək.
Komanda bu təlim-məşq toplanışı zamanı yoldaşlıq görüşləri də keçirəcək. Rəqiblərin adları hələ ki, məlum deyil.
