Antalyada təlim-məşq toplanışında olan "Bakı"nın ilk yoxlama oyununun vaxtına və sınaqçı rəqibin kimliyimə aydınlıq gəlib.
Korner.az-ın məlumatına görə, gündə 2 dəfə məşq edən bakılılar ilk sınağa yanvarın 19-da çıxacaq.
Həmin gün komanda Bolqarıstanın güclülər dəstəsində çıxış edən "Eter" (Veliko-Tırnovo) klubu ilə görüşəcək. Paytaxt təmsilçisinin rəqibi ilk dövrənin nəticələrinə əsasən 15 oyundan 8 xal toplamaqla sonuncu pillədə qərarlaşıb. Autsayderlərlə qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
Qeyd edək ki, “Eter” fevralın 2-də digər təmsilçimiz “İnter”lə də görüşməlidir.