Dünən Topaz Premyer Liqasının 23-cü turuna yekun vurulub. Paytaxt derbisində “İnter” və “Bakı” qarşılaşdı və oyun 0-0 hesabı ilə başa çatdı.
“Bakı”nın futbolçusu Juniorun saytımıza verdiyi açıqlamada üstünlüyün onlar tərəfində olduğunu dilə gətirib: Üstünlük bizdə idi. Bir neçə real qol şansımız oldu. Lakin “İnter”in futbolçuları sayığ oynayaraq qələbə qazanmağımıza imkan vermədi. Maraqlı oyun oldu. “İnter”in çox gözəl heyəti vardır”.
Qeyd edək ki, 23 turdan sonra çempionata 46 xalla Ağdamın “Qarabağ” klubu başçılıq edir.