“Xəzər Lənkəran” “Bakı”nın yarımmüdafiəçisi Cavid Hüseynovu heyətinə qatmaq istəyir.
Korner.az-ın məlumatına görə, Lənkəran klubu Hüseynova konkret olaraq, 2 ilinə 400 min dollarlıq müqavilə də təklif edib.
Lakin Cavid hələ ki qəti qərar verməyə tələsmir. Daha doğrusu, verilən məbləğ onun ürəyincədi. Sadəcə, “Xəzər Lənkəran”ın bölgə komandası olması futbolçunu tərədüt içində qoyub. Çünki Hüseynov ailəli olduğundan Bakıda oynamaq istəyir. Hər halda, futbolçu yaxın günlərdə qəti qərarını “Xəzər Lənkəran” rəhbərliyinə bildirməlidi.
rekord.az
