big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Bakı”nın futbolçusu: ” Özümü onların heç birindən zəif saymıram” – MÜSAHİBƏ

18.10.2012 , 16:28

"Bakı" futbol klbubunun gənc futbolçusu Elşad Manafov "Toplu Bakı"ya müsahibə verib. Korner.az həmin müsahibəni sizə təqdim edir:

– Futbola gəlişini necə xatırlayırsan?

– Futbola “İnam” adlı klubda başlamışam. 15 yaşımda isə tanışlarımızın köməkliyi ilə Bakının “Azəri” klubuna qəbul edildim. Məşqləri Tofiq Bəhramov adına Respublika stadionunun arxasındakı sintetik meydançada keçirdik. Burada Həmzə müəllimin rəhbərliyi altında məşqlərə başlamışam. Bir neçə aydan sonra bu klubdan maaş almağa başladım. "Azəri" ilə bir çox xarici ölkələrdə turnirlərdə iştirak etdik. “Azəri”də təcrübəmi artırdım. Bir il bu klubda oynayandan sonra, “Bakı”ya keçdim.

– “Bakı”ya keçidin necə baş tutdu?

– “Bakı” haqqında həmyaşıdlarım tez-tez bəhs edirdi. Mən də, daha böyük klubda çıxış etmək istəyirdim. Ona görə də, “Bakı”ya baxışa getdim. Müvafiq yaş qrupuna həmin vaxt Məqsəd Yaqubəliyev baxırdı. İlk məşqdəcə məni bəyəndi və komandaya götürdüyünü bildirdi. Onun rəhbərliyi ilə “Bakı”nın 17 yaşlılardan ibarət komandasında bir il çıxış etdim. Sonra əvəzedici heyətə cəlb olundum. İlk turlarda meydana çıxmasam da, sonradan məşqçinin məni müdafiənin mərkəzindən sol cinaha çəkməsi işimə yaradı. Bu mövqedə uğurlu çıxışdan sonra əsas heyətə düşdüm. Həmin vaxt mərkəzdə U-19 millimizin kapitanı Pərviz çıxış edirdi. Onun oyunumu tapmaqda mənə çox köməyi dəydi. Sonralar o uşaq itib-batdı. Əsas heyətdə debütün “Neftçi” ilə premyer liqanın sonuncu turuna təsadüf etdi. 90 dəqiqə meydanda oldun. Özümü “Bakı”nın yetirməsi hesab edirəm. Bilirsiniz, üç-dörd il öncə əvəzedicilərdə çıxış edən istedadlı uşaqlar 18-19 yaşına çatan kimi futbolu atırdı. Çünki klubların əsas heyətlərində onlara qapı bağlı idi. Sevindirici haldır ki, indi vəziyyət düzəlir. Gənclərə önəm artır. Xüsusən də “Bakı”nın əsas heyətində çoxlu gənclər var. O biri uşaqlar da bundan ruhlanaraq daha həvəslə futbol oynayır. Hamı şans istəyir. Sevinirəm ki, əvəzedicilərdəki məşqçim Qəhrəman Əliyev adımı əsas komandaya namizəd verdi. Onun köməkliyi ilə məşqlərdə iştirak etdim. Nəticədə əsas heyətin üzvüyəm.

– Əsas heyət yolunda "Lokomotiv" təcrübəsi də lazım idi…

– 6 ay Biləcəri klubunun heyətində I divizyonda oynadım. Ibrahim Uzunca əla məşqçidir. Oyunumu tapmaqda onun da rolu var. Səmimi deyim ki, divizyon klubları əvəzedici heyətlərin əksərindən güclüdür. Burada yaş məhdudiyyəti yoxdur. Bu da futbolçunun inkişafına müsbət təsirini göstərir. Mübarizənin daha amansız, rəqiblərin təcrübəli olmasının mənə böyük təsiri oldu.

– Kubokun finalındakı oyununla futbol ictimaiyyətinin diqqətini çəkə bildin. Bu mövsüm nədənsə, əsas heyətə düşməkdə çətinlik çəkirsən?

– Final oyununda meydana çıxacağımı gözləmirdim. Oyuna bir neçə saat qalmış baş məşqçi Novruz Əzimov mənə hazırlaşmağımı tapşırdı. Əlbəttə, bunu biləndə ilk öncə, özümü itirdim. Lakin komandada böyük qardaşlarım – Cəmşid Məhərrəmov, Elvin Əliyev mənə psixoloji cəhətdən çox kömək etdilər. Həyəcanımı boğmaqla həmin oyunda çıxış etdim. Bir oyunla özümə uğurlu deyə bilmərəm. Bunu zaman göstərəcək.

– Səninlə müdafiənin sol cinahında güclü futbolçular var. Onlarla rəqabətdən çəkinmirsən ki?

– Qarşıma futbolçu olmaq məqsədi qoymuşam. Bunun çətin olacağını yaxşı anlayıram. Georgi Popxadze, Əziz Quliyev, Cəmşid Məhərrəmov kimi təcrübəli futbolçuları qabaqlayıb əsas heyətdə oynamaq asan deyil. Özümü onların heç birindən zəif saymıram. Baş məşqçimiz Bojidar Bandoviç şans versə, özümü göstərəcəyəm. “Bakı” elə bir klubdur, burada əsas heyətə düşmək üçün kəskin rəqabət aparmalısan. Bu yeri qazanmaq üçün məşqlərdə səylə çalışıram. Əsas məqsədim hər oyun 90 dəqiqə meydanda olmaqdır.

– 16 yaşında ikən 17 yaşadək milliyə dəvət edilirdin. Bəs U-19-da çıxışına nə mane oldu?

– Mirbağır İsayev məni U-17- yə dəvət etdi. Bir neçə təlim-məşq toplanışlarına qatıldım. Bir neçə rəsmi oyunda meydana çıxdım. Rumıniya millisinə qarşı oyun yadımda qalıb. Sonra müəyyən səbəblərdən U-19-a çağrılmadım. Mən bunun günahını özümdə axtarıram. Yəqin ki, məşqçiləri hansısa keyfiyyətlərim razı salmır. Bundan sonra U-21 və əsas komandaya düşmək üçün çalışmalıyam.

– Müsahibəmizin sonu yetişdi. Ürəyində qalan hansı sözləri demək istərdin?

– "Bakı" futbol klubunun rəhbərliyinə mənə ayırdığı diqqət üçün təşəkkür edirəm. Klubumuzun bütün üzvlərinə uğurlar arzulayıram.

Son yazılar

To Top