Popxadze ərəblərə qarşı oynamadı
Dünən Gürcüstan millisinin heyətində "Bakı"nın müdafiəçisi Georgi Popxadze meydana çıxmayıb.
Korner.az-ın məlumatına görə, Misirlə keçirilən yoxlama matçında Gürcüstan millisinin baş məşqçisi Temuri Ketsbaya 26 yaşlı futbolçunu matçın sonuna kimi ehtiyatda saxlayıb.
Qeyd edək ki, Gürcüstan – Misir qarşılaşması qolsuz bərabərliklə başa çatıb – 0:0.
