"Bakı" futbol klubunun müdafiəçisi George Popxadze 2014-cü il Dünya Çempionatının seçmə mərhələ oyunlarında iştirak etmək üçün Gürcüstan milli komandasının düşərgəsinə dəvət olunub.
Korner.az klubun saytına istinadən xəbər verir ki, Gürcüstan yığması 12 oktybar 2012-ci il tarixində Finlandiya, 16 oktyabr 2012-ci il günündə isə Belarusla qarşılaşacaq.
Gürcüstan millisi hər iki oyunu səfərdə keçirəcək.