"Bakı" futbol klubunun üzvü İbrahim Karqbo Syerra-Leone milli komandasının düşərgəsinə dəvət alıb. Korner.az– ın klubun rəsmi saytına istinadən məlumatına görə, İbrahim milli komandasının Tunisə qarşı keçirəcəyi rəsmi oyunda forma geyə bilər.
Haqqında söhbət gedən qarşılaşma oyun Afrika Millətlər Kubokunun seçmə oyunudur və 8 sentyabr 2012-ci il tarixdə Syerra-Leonenin paytaxtı Fritaunda baş tutacaq.
