Finlandiya və Estoniya yığmaları ilə yoldaşlıq oyunu keçirəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə gərə, zədə səbəbindən Namiq Ələskərov ("Bakı") yığmanın heyətindən çıxarılıb, onun əvəzinə "İnter" klubundan Ülvi İbazadə toplanışa dəvət olunub.
Xatırladaq ki, U-19 martın 16-dan 19-dək Finlandiyada, martın 19-dan 25-dək isə Estoniyada təlim-məşq toplanışında olacaq. Yığmamız martı 18-də Finlandiya, martın 22-də və 24-də isə Estoniya komandası ilə yoldaşlıq oyunu keçirəcək.