DÇ-2014-ün seçmə qrup oyunlarının növbəti mərhələsinin oyunlarına hələ qalsa da artıq milli komandalar yoxlama görüşlərində qüvvələrini sınayırlar.
Korner.az-ın məlumatına görə, Gürcüstan millisi sıəfərdə İrlandiya ilə qarşılaşıb. Qarşılaşma irlandların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan Premyer Liqasında çıxış edən bir futbolçu da bu görüşün iştirakçısı olub. “Bakı”nın gürcü legioneri Goergi Popxadze 69-cu dəqiqədə meydana çıxsa da, komandasının darmadağınına mane ola bilməyib.