"Bakı" klubunun iki futbolçusu Maris Verpakovskis və Denis İvanovs dünya çempionatının seçmə mərhələsində Yunanıstan və Bosniya Hersoqovina ilə oyunlara Latviya milli komandasına dəvət alıblar.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Latviya yığması sentyabrın 7-də Yunanıstanla, 4 gün sonra isə Bosniya və Hersoqovina millisi ilə qarşılaşacaq.
