"Bakı"nın klubunun media və marketinq departamentinin direktoru Nəriman Mehdiyev istefa verib.
Korner.az-ın məlumatına görə, buna səbəb "zolaqlılar"ın ötən gün baş tutan fövqəladə iclasında klubun mətbuatla işindən edilən narazılıqdır.
Xəbəri N.Mehdiyev də təsdiqləyərək bildirib ki, o, istefa ərizəsini yazaraq klub rəhbərliyinə təqdim edib.